Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Oktyabr 2019 12:15
Bakı. Kəmalə Məmmədli - Trend:
2019-cu ilin ilk səkkiz ayının yekunlarına əsasən Azərbaycanla İsveçrə arasında ticarət dövriyyəsi beş dəfə artıb.
Trend-in məlumatına görə, bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifələrini icra edən Yusif Abdullayev Azərbaycan-İsveçrə işgüzar görüşü zamanı deyib.
Onun sözlərinə görə, bu müddət ərzində iki ölkə arasında ticarət dövriyyəsi 1,3 milyard dollar təşkil edib:
“2018-ci il üzrə Azərbaycanla İsveçrə arasında ticarət dövriyyəsi 648 milyon dollar təşkil edib. Bunlardan 135 milyon dolları Azərbaycandan ixrac, 513 milyon dolları isə ölkəyə idxalın payına düşüb. Azərbaycan İsveçrə iqtisadiyyatına 2,7 milyard investisiya qoyub: bunlardan 1,9 milyard dolları neft sektoruna, 760 milyon dolları qeyr-neft sektoruna yerləşdirilib”.
Y.Abdullayev bildirib ki, İsveçrənin Azərbaycan iqtisadiyyatına investisiyalarının həcmi 861 milyon dollar, o cümlədən qeyri-neft sektoruna 794 milyon dollar təşkil edib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin