Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Aprel 2023 19:52
Adananın Çukurova rayonunda hakim AK Partiyanın binasına silahlı hücum edilib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə AK Partiyanın sədr müavini Erkan Kandemir məlumat yayıb.
"Çukurova rayon binamıza silahlı hücumu qınayırıq" , - deyə o bildirib.
Silahlı hücumla bağlı Adana Respublika Prokurorluğu tərəfindən istintaq başladılıb.
Bu barədə Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ "Twitter" hesabında məlumat paylaşıb.
O, bu hücumu qınadığını bildirərək, onu törətməkdə şübhəli bilinən şəxsin saxlanıldığını da vurğulayıb.