Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Aprel 2023 22:00
İtaliyanın "Yuventus" klubunun silinən 15 xalı geri qaytarılıb.
Sonxeber.net matc.az-a istinadən bildirir ki, maliyyə fırıldağında ittiham olunan Turin təmsilçisinin cəzası müvəqqəti olaraq ləğv edilib.
İtaliya İdman İdarəsinin qərarından sonra xallarını 59-a çatdıran "qoca sinyora" 7-ci sıradan 3-cü pilləyə yüksəlib.
Müvəqqəti xarakter daşıyan qərar məhkəmə prosesləri davam etdiyi müddətdə qüvvədə qalacaq.
Xatırladaq ki, İtaliya Futbol Federasiyasının Məhkəməsi bu ilin yanvarında "Yuventus"un 15 xalını silmişdi. Bundan sonra komanda turnir cədvəlinin 10-cu pilləsinə düşmüşdü və Çempionlar Liqasının növbəti mövsümü üçün vəsiqə şansını itirmək riski ilə üzləşmişdi.