Tarix: 21 Oktyabr 2019 12:48
"Sabah"ın futbolçusu Təmkin Xəlilzadənin Azərbaycan Premyer Liqasının 8-ci turunda “Keşlə” ilə görüşdən sonra hakimə hücum etməsi ilə bağlı klubdan açıqlama verilib.
Paytax təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elnur Həmidov Qol.az-a bildirib ki, futbolçunun hərəkəti hazırda araşdırılır:
“Bu məsələni hələ araşdırırıq. Təmkin sadəcə, akimin qərarına etiraz edib. Məsələ araşdırıldığı üçün hələ ki, başqa nəsə demək çətindir".
Xatırladaq ki, "Keşlə" ilə 1:1 hesabı ilə başa çatan matçın final fitindən sonra millimizin üzvü görüşün baş hakimi Kamal Umudlunun üzərinə hücum edib. Bu zaman onu polislər meydandan çıxarıb. Bu hərəkətinə görə baş hakim T.Xəlilzadəyə qırmızı vərəqə göstərib.