Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Aprel 2023 19:45
Alimlər depressiyanın immunitet sistemlə əlaqəli olduğunu açıqlayıb.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, psixi pozğunluğun inkişafı qanda bir neçə növ immun hüceyrələrin sayının dəyişməsi ilə müşayiət olunur.
Əvvəlki tədqiqatlarda bu proses öz təsdiqini tapmışdı. Ancaq indi ilk dəfə olaraq geniş miqyaslı araşdırma aparılıb.
Sınaq zamanı B hüceyrələri və T hüceyrələri kimi səkkiz fərqli immun hüceyrələrinin sayının sağlam şəxslərdəki sayı ilə müqayisədə depressiv pozğunluğu olan insanlarda artdığı müəyyən edilib.
Bu da immun sistemimizin müxtəlif komponentlərində - həm anadangəlmə, həm də adaptiv immun reaksiyalarındakı baş vermiş dəyişikliklər depressiyaya səbəb ola bilər.
Buna görə həkimlər depressiyada olan insanların immun sistemlərini gücləndirən vitaminlərdən, qidalardan istifadə etməyi məsləhət görür.