Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Aprel 2023 12:32
Avstriyada müəllim dərslərində Ukrayna, Türkiyə və Suriyadan olan uşaqları təhqir edib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, insident Vyana məktəblərinin birində yaşanıb.
Məlumata görə, hazırda məsələ ilə şəhərin təhsil idarəsi məşğul olur.
Müəllim türk uşaqlarına ölkələrinə qayıtmağı təklif edib, suriyalı və ukraynalı azyaşlılara da oxşar təklif ünvanlayıb.
"Bu, çox təhqiramiz davranışdır. Bununla məşğul olacağıq. Biz məktəblərdə soruşmuruq ki, kim haradandır, kimdir, bizim üçün hamı eynidir. Söhbət kimin nə qədər qazanması və harada yaşamasından deyil, biliklərin ötürülməsindən gedir", - Vyana Təhsil Departamentinin direktoru Henrix Himmer bildirib.