Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Oktyabr 2019 14:21
Bakı. Trend:
7-8 oktyabr tarixində Varşavada ümumdünya investisiya forumu WIC19 keçirilib. Bu forumda Azərbaycanı ROYAL HOLDİNG investisiya tikinti şirkəti təmsil edib.
Konfransda xarici investisiyaların artırılması və iqtisadi inkişafa kömək edən siyasətin tətbiq olunması haqda söhbət açılıb.
Konfrans zamanı iştirakçılarla birgə iqtisadi və turizm sahələrinin inkişafı üçün nəzərdə tutulan inşası Astara regionunda reallaşacaq proyektlərimiz müzakirə obyektinə çevrilib.
İlk növbədə bu layihələrə fərqli üslubda və fərqli konsepsiyalarda olan 9 ədəd Beşulduzlu hotellər kompleksinin inşası daxildir.
Həmçinin Astara rayonunda Logistik mərkəz və Aqro kompleks də nəzərdə tutulub.
Forum zamanı bir sıra memorandumlar investisiya fondlarının əməkdaşlığı haqqında, xüsusilə Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi rayonu ərazisində (Papanin zonası) yerləşən ROYAL CİTY PARK layihələrinin maliyyələşdirilməsi üçün müqavilələrin bağlanması şərtləri müzakirə olunub.
Bu forumda Brazilyadan APEX-BRAZİL investisiya agentliyi, Çin Xalq Respublikasından İNVEST ŞANGHAİ və Şanxayın investisiya şurası, Kiprdən KİPR İNVEST, İtaliyadan İTA ticarət agentliyi, Səudiyyə Ərəbistandan ECA iqtisasi idarəetmə, Avrasiya Yenidənqurma və İnkişaf Bankı və s. kimi ölkələr iştirak edib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin