Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İnsan dərisindən hazırlanmış kitabda nə yazılıb? – Latınların beş əsrlik qorxunc sirri - FOTO

İnsan dərisindən hazırlanmış kitabda nə yazılıb? – Latınların beş əsrlik qorxunc sirri - FOTO

Tarix: 23 Aprel 2023 23:02

1532-ci ildə qədim latın dilində yazılmış və Qazaxıstanın paytaxtı Astanada Milli Akademik Kitabxananın Nadir Nəşrlər Muzeyində nümayiş etdirilən kitab açılmamış sirri ilə böyük diqqət çəkir. Yalnız 10 səhifəsini oxumaq mümkün olan kitabın üz qabığı insan dərisindən hazırlanıb.

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, beş əsr əvvəl qədim latın dilində yazılmış 330 səhifəlik kitab doqquz ildir muzeydə sərgilənir.

İndiyədək yalnız Fransada bir institutda cəmi 10 səhifəsi deşifrə edilən kitab hələ də sirr olaraq qalır.

Milli Akademik Kitabxananın Elm şöbəsinin mütəxəssisi Möldir Tölepbayın sözlərinə görə, əlyazma 2014-cü ildə şəxsi kolleksiyaçı tərəfindən kitabxanaya hədiyyə edilib, o vaxtdan bəri muzeydə sərgilənir.

Tölepbay bu gün istifadə edilməyən, amma əsrlər əvvəl məşhur olan üsulla hazırlanmış kitabı görmək üçün hər gün muzeyə onlarla insanın gəldiyini deyir.

"Bu üsul dünyada "antropodermik kitab cildləmə" kimi tanınır, yəni kitabın cildlənməsi üçün insan dərisindən istifadə edilirdi", - kitabxana əməkdaşı bildirir.

Tölepbay əsərin üz qabığında lazımi elmi araşdırmaların aparıldığını da söyləyir.

Əsər Astanadakı Milli Tibb Elmləri Mərkəzinin laboratoriyasında araşdırılıb. Əlyazmanın üz qabığında insan kürəyinin dərisindən istifadə edildiyi qənaətinə gəlinib.

Tölepbay əlyazmanın məzmununun hələ də sirr olaraq qaldığını iddia edir:

"Petrus Puardus adlı italyan notariusuna məxsus əsər 1532-ci ildə köhnə latın dilində yazılıb. Ümumilikdə 330 səhifədən ibarətdir, amma mütəxəssislər indiyədək yalnız ilk 10 səhifəni oxuya biliblər".

Tölepbay əlyazmanın xüsusi araşdırılması üçün Fransaya göndərdiklərini deyir:

"Oxunulan ilk səhifələrdən gəlinən qənaət budur ki, giriş-çıxış hesabları, kredit və ipoteka haqqında məlumatlar var, amma əlyazma tam deşifrə olunmayıb".

Milli.Az


Etiketlər:  İnsan dərisindən hazırlanmış kitabda yazılıb Latınların beş əsrlik qorxunc sirri FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ