Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Frayburq”dan darmadağın - VİDEO

“Frayburq”dan darmadağın - VİDEO

Tarix: 24 Aprel 2023 13:26

Almaniya Bundesliqasında 29-cu tura yekun vurulub.

Milli.Az matc.az-a istinadən bildirir ki, bu gün daha 3 görüş baş tutub.

"Frayburq" evdə "Şalke"ni, "Bayer" isə "Leypsiq"i məğlub edib. Mönhenqladbax "Borussiya"sı da "Union Berlin"lə ev oyununda məğlub olub.

Hazırda 60 xala malik Dortmund "Borussiya"sı vahid liderdir. "Bayern" 59 xalla ikinci, "Union Berlin" 55 xalla üçüncü pillədə qərarlaşıb. "Frayburq" 53, "Leypsiq" 51, "Bayer" 47, "Maynts" 45, "Volfsburq" 43, "Ayntraxt" 42 xal toplayıb.

Almaniya Bundesliqası
29-cu tur
21 aprel

Auqsburq - Ştutqart 1:1
Qol: Delyo, 8 - Endo, 78.

22 aprel

Bohum - Volfsburq 1:5
Qol: Broşinski, 69 - Svanberq, 10; 56. Kaminski, 21. Vimmer, 33. Valdşmit, 77.

Herta - Verder 2:4
Qol: Nqankam, 68. Lukebakio, 79-pen - Dukş, 6; 27; 51. Veyzer, 63.

Hoffenhaym - Köln 1:3
Qol: Dolberq, 90+4 - Kaynts, 18-pen. Selke, 39. Tilman, 90+2.

Maynts - Bayern 3:1
Qol: Ayorke, 65. Barreyro, 73. Martin, 79 - Mane, 29.

Borussiya (Dortmund) - Ayntraxt 4:0
Qol: Bellingem, 19. Malen, 24; 66. Hummels, 41.

23 aprel

Frayburq - Şalke 4:0
Qol: Qreqoriç, 7; 35. Holer, 52. Ginter, 82.

Bayer - Leypsiq 2:0
Qol: Hlojek, 40. Amiri, 86.

Borussiya (Mönhenqladbax) - Union Berlin 0:1
Qol: Bekker, 60.

Milli.Az


Etiketlər:  Frayburqdan darmadağın VİDEO


RƏYLƏR