Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ərdoğan azərbaycanlı xilasedicini TƏLTİF ETDİ - FOTO

Ərdoğan azərbaycanlı xilasedicini TƏLTİF ETDİ - FOTO

Tarix: 25 Aprel 2023 21:12

Cari ilin fevral ayının 6-da Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması zamanı axtarış-xilasetmə dəstələrinin xüsusi fədakarlıq göstərmiş əməkdaşlarının aprelin 25-də Türkiyə dövləti tərəfindən təltifetmə mərasimi keçirilib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Beştəpə Milli Konqres və Mədəniyyət Mərkəzində keçirilən mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib.

Qardaş ölkədə axtarış-xilasetmə əməliyyatlarında iştirak edən Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicisi gizir İsgəndərov Elvin Xaqani oğlu "Türkiyə Cümhuriyyəti Dövlət Üstün Fədakarlıq Medalı" ilə təltif olunub.

Qeyd edəki ki, Elvin İsgəndərov Kahramanmaraş şəhərində dağıntılar altından 3 nəfəri sağ, 25 nəfərin isə cəsədini çıxarıb.


Etiketlər:  Ərdoğan azərbaycanlı xilasedicini TƏLTİF ETDİ FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ