Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gəncədə FACİƏ: Xəstəxanadakı yanğında reanimasiyada yatan xəstə ÖLDÜ

Gəncədə FACİƏ: Xəstəxanadakı yanğında reanimasiyada yatan xəstə ÖLDÜ

Tarix: 26 Aprel 2023 11:22

Aprelin 26-da Gəncə şəhərində yerləşən 1 saylı Abbas Səhhət adına xəstəxanada yanğın baş verməsi barədə məlumat daxil olub.

Gəncə şəhər prokurorluğundan Sonxeber.net-a verilən məlumata görə, ilkin araşdırma zamanı xəstəxananın zirzəmisindəki elektrik şitində baş vermiş qısaqapanma nəticəsində tüstülənmə olması müəyyən edilib.

Hadisə nəticəsində xəstəxanada müalicə alan 1963-cü il təvəllüdlü Nazilə Məmmədova ölüb. Xəstə yanğın zamanı reanimasiyada idi. 

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır. 


Etiketlər:  Gəncədə FACİƏ Xəstəxanadakı yanğında reanimasiyada yatan xəstə ÖLDÜ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ