Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Aprel 2023 11:48
Böyük güc rəqabətinin sürətləndiyi bir zamanda, türk dövlətləri ilə əlaqələrimizi daha da dərinləşdirəcəyik.
Sonxeber.net-ın TurkicWorld-a istinadən məlumatına görə, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu öz rəsmi twitter hesabında etdiyi paylaşımda qeyd edib.
"2009-cu ildə rəhbərlik etdiyimiz Türk Şurasını, 2021-ci il İstanbul Zirvə toplantısında Türk Dövlətləri Təşkilatına (TDT) çevirdik. Özbəkistanın tamhüquqlu üzv, Macarıstan və Türkmənistanın isə müşahidəçi üzv olması ilə ailə şurasını daha da genişləndirdik",- deyə paylaşımda bildirilib.
Çavuşoğlu, Türkiyənin 2022-ci ildə növbəti sədrliyi zamanı Şimali Kipr Türk Cümhuriyyətinin konstitusiya adı və bayrağı ilə TDT-nin müşahidəçi üzvü olduğunu xatırladıb.
"TÜRKPA, TÜRKSOY, Beynəlxalq Türk Akademiyası və Beynəlxalq Türk Mədəniyyəti təşkilatlarını bir araya topladıq. Təşkilat daxilində mərkəzi İstanbulda olacaq Türk İnvestisiya Fondunu qurduq",- deyə nazir paylaşımında qeyd edib.
Xatırladaq ki, 16 sentyabr 2010-cu il tarixində Türkdilli ölkələrin dövlət başçılarının İstanbulda keçirilən 10-cu zirvə toplantısında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında qərar qəbul edilib.
Qeyd edək ki, 8-ci Zirvə Görüş zamanı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) adı "Türk Dövlətləri Təşkilatı"na (TDT) dəyişdirililib.