Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Aprel 2023 18:02
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Sonxeber.net TurkicWorld-a istinadən xəbər verir ki, Türkiyə prezidenti Vladimir Putinə Akkuyu Atom Elektrik Stansiyasına göstərdiyi dəstəyə görə təşəkkür edib.
Məlumata əsasən, prezidentlər Türkiyə-Rusiya münasibətləri və regional məsələlərlə yanaşı taxıl dəhlizi sazişi ilə bağlı müzakirələr aparıb.
Görüşdə Türkiyənin vitse-prezidenti Fuat Oktay, prezidentin sözçüsü İbrahim Kalın və Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan da iştirak edib.
Qeyd edək ki, AES-ə yanacaq yüklənməsi ilə Türkiyə nüvə enerjisi olan ölkə statusu alacaq.
Məlumat üçün bildirək ki, Akkuyu Atom Elektrik Stansiyası 2010-cu il mayın 12-də Türkiyə və Rusiya prezidentləri arasında imzalanmış müqavilə çərçivəsində Türkiyənin Mersin vilayətinin Büyükeceli bölgәsindә tikilib.
2018-ci ilin aprel ayında birinci reaktorun, 2020-ci ilin iyun ayında ikinci reaktorun, 2021-ci ilin mart ayında üçüncü reaktorun, 2022-ci ilin iyun ayında isə sonuncu reaktorun təməli qoyulub.