Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Neftçi”nin finaldakı rəqibi bəlli oldu

“Neftçi”nin finaldakı rəqibi bəlli oldu

Tarix: 27 Aprel 2023 22:20

Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinə yekun vurulub.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, sonuncu yarımfinal görüşü "Səbail"lə "Qəbələ" arasında baş tutub.

Bu komandalar arasında Qəbələdə keçirilmiş ilk oyunda meydan sahibləri qələbə qazanmışdılar. Cavab görüşündə "Qəbələ"yə finala vəsiqə qazanmaq üçün heç-heçə də yetərli idi. "Səbail" isə tarixində ilk dəfə finala çıxmaq üçün mütləq inamlı qələbə lazım idi. Amma cavab görüşü də əyalət təmsilçisinin qələbəsiylə yekunlaşıb. Nəticədə ikinci finalçı "Qəbələ" olub.

Xatırladaq ki, daha öncə "Turan Tovuz"u iki oyunun nəticəsinə (2:0, 0:1) görə üstələmiş "Neftçi" finala yüksəlmişdi.

Kubokun həlledici oyunu iyunun 3-də "Bakcell Arena"da keçiriləcək.

Azərbaycan kuboku
Yarımfinalın cavab oyunu
27 aprel

"Səbail" - "Qəbələ" 0:1
Qol: İsnik Alimi, 49-pen.
Qırmızı vərəqə: Vüqar Həsənov, 47. Qustavo de Fransa, 90+2. Adil Nağıyev, 90+4.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov
Bakı. "ASCO Arena", 20:00.
İlk oyun - 2:3.

Səbail: 12. Hüseynəli Quliyev, 6. Cabir Əmirli (k), 15. Vüqar Həsənov, 7. Ruslan Hacıyev, 27. Emil Martinov, 11. Qoba Zakpa, 99. David Qomis, 30. Franko Mazurek, 5. Petro Stasyuk, 23. Qustavo de Fransa, 4. Maksim Çex.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 14. Rahid Əmirquliyev, 10. Ağabala Ramazanov, 9. Mirabdulla Abbasov, 2. Adil Nağıyev, 96. İlkin Muradov, 3. Turan Manafov, 17. Rafael Məhərrəmli, 8. Elmir Tağıyev, 22. Samir Abdullayev, 88. Matiya Lyuyiç, 21. Kizito Luvaqa.
Baş məşqçi: Şahin Diniyev.
Qəbələ: 13. Kristof Atanqana, 2. İlkin Qırtımov, 34. Ürfan Abbasov (k), 27. Məqsəd İsayev, 77. Emil Səfərov, 91. Ramon Maçado, 4. Ruan Renato, 5. İsnik Alimi, 23. Rafael Utziq, 97. Felipe Santos, 6. Feras Abu Akal.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 33. Hüseyn Mürsəlov, 16. Nicat Əliyev, 9. Əyyub Allaş, 17. Yaovi Akakpo, 10. Omar Hani, 8. Andrey Strijak.
Baş məşqçi: Elmar Baxşıyev.

Milli.Az


Etiketlər:  Neftçinin finaldakı rəqibi bəlli oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ