Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Aprel 2023 07:08
Rusiya Prezidenti Vladimir Putin Ukraynanın zəbt edilmiş ərazilərinin Rusiya vətəndaşlığını qəbul etməkdən imtina edən sakinlərinin deportasiyasını qanuniləşdirib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Rusiya lideri fərman imzalayıb.
Fərmana əsasən, Rusiyanın nəzarətindəki ərazilərdə yaşayan və vətəndaşlığını saxlamaq qərarına gələn Ukrayna vətəndaşları 2024-cü il iyulun 1-dək orada yaşaya bilərlər.
Daha sonra isə Ukrayna vətəndaşlarının deportasiyası nəzərdə tutulub.