Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ruslar bu istiqamətdə uğur qazandı - Malyar

Ruslar bu istiqamətdə uğur qazandı - Malyar

Tarix: 1 May 2023 00:00

Həftə ərzində cəbhənin müəyyən sektorlarında ruslar müəyyən uğur qazandılar, lakin Müdafiə Qüvvələri itirilmiş mövqelərini bərpa etdilər.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar Teleqramda yazıb.

"Həftə ərzində düşmənin hücumu üç istiqamətdə - Baxmut, Avdeyev və Marinskidə davam etdi. Liman istiqamətində düşmən qoşunlarımızın fəal müdafiəsi nəticəsində uğursuzluğa düçar olduğu üçün aktivliyini azaldıb. Həftə ərzində düşmən müəyyən ərazilərdə cüzi uğur qazandı, lakin müdafiəçilərimiz itirilmiş mövqeləri geri qaytardılar", - o bildirib.

Malyar qeyd edib ki, düşmən Baxmut istiqamətində hücumunu davam etdirir və orada şiddətli döyüşlər davam edir:

"Düşmən bütün imkanlarını döyüşə yönəltməsinə və bəzən uğur qazanmasına baxmayaraq, şəhərə nəzarəti ələ keçirə bilmir. Döyüşçülərimiz müəyyən ərazilərdə çoxsaylı hücumları dəf edir, əks-hücuma keçirlər".

Milli.Az


Etiketlər:  Ruslar bu istiqamətdə uğur qazandı Malyar


RƏYLƏR