Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İpoteka və Kredit Zəmanəti Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

İpoteka və Kredit Zəmanəti Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Tarix: 22 Oktyabr 2019 01:44

Bakı. Trend:

24 oktyabr 2019-cu il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondu ASC – nin ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

BFB-dən Trend-ə bildirilib ki, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaq.

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilib:

Qiymətli kağızın ISIN kodu AZ2040008685
Emissiya həcmi 20 000 000 AZN
Nominal qiyməti 1000 АZN
Hərrac qiyməti 1007,8333 AZN
İstiqrazların tədavül müddəti 23 il
Faiz dərəcəsi 3 %
Faiz gəlirinin ödəniş müddəti 6 aydan bir (180 gün)
Anderrayter BTB-Kapital İŞ ASC

Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcək.


Etiketlər:  İpoteka Kredit Zəmanəti Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ