Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 May 2023 08:33
Alimlər gənc yaşda pəhriz saxlamağın zərərlərini açıqlayıblar.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, gənc yaşda pəhriz saxlamaq gələcəkdə qidalanma pozğunluğu və alkoqolizmin inkişaf riskini xeyli artırır.
Hər nə qədər tez pəhriz saxlamağa istənilsə, sonradan spirtli içkilərə aludə olma və ya düzgün olmayan qidalara başlama riski bir o qədər yüksəkdir.
Araşdırmalar zamanı o da məlum olub ki, qızlar daha erkən yaşlarda pəhrizə başlayır. Bu da zaman keçdikcə özünə nəzarətlə bağlı psixoloji problemlər yaradır.
Təbii ki, tədqiqatçılar gənc qadınları pəhrizdən imtina etməyə çağırmırlar. Sadəcə irəlidə bu məsələyə daha ciddi və diqqətli yanaşmalı olduqlarını bildirirlər. Bu, həm spirtli içkilərin qəbuluna və bütövlükdə bütün qida sisteminə aiddir.
Qeyd edək ki, son illər cəmiyyətdə hər kəsin arıq, düz bədən olması fikrinin insanlara dayadılması bəzən pis sonluqlarla bitir. Belə ki, artıq çəki insanın həyatdakı uğursuzluğu kimi qələmə verilir. Çalışıb bu fikirlərdən yayınmaq və hər kəsin özünü sevdiyi kimi yaşamasına şərait yaratmaq lazımdır.