Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu il Türkiyədə hava yolu sahəsi üzrə 50-ə yaxın layihə həyata keçiriləcək

Bu il Türkiyədə hava yolu sahəsi üzrə 50-ə yaxın layihə həyata keçiriləcək

Tarix: 3 May 2023 12:34

2023-cü ildə Türkiyədə hava yolu sahəsi üzrə 47 layihə həyata keçiriləcək.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildiriblər.

Dövlət tərəfindən həyata keçirilməsi nəzərdə tutulan layihələrin ümumi dəyəri 6,6 milyard lirədir.

"Bu il üçün nəzərdə tutulan layihələrin hamısı şirkət hesabına həyata keçiriləcək", - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2023-cü ildə Türkiyədə nəqliyyat və informasiya sahəsində 778 layihə həyata keçiriləcək.

Nəzərdə tutulan layihələrin ümumi dəyəri 121,7 milyard lirədir.

Bu il həyata keçirilməsi nəzərdə tutulan layihələrin bir qismi xarici kredit hesabına reallaşdırılacaq. Xarici kreditin ümumi məbləği 22,1 milyard lirədir.

Məlumatda qeyd olunub ki, keçən il Türkiyədə nəqliyyat və informasiya layihələrinə ümimilikdə 2,1 trilyon lirə dəyərində vəsait ayırılıb ki, bunlardan 502,5 milayrd lirə xarici kreditdir.

Milli.Az


Etiketlər:  Bu il Türkiyədə hava yolu sahəsi üzrə 50 ə yaxın layihə həyata keçiriləcək


RƏYLƏR