Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlham Əliyev: Şuşa Bəyannaməsinin imzalanması tarixi hadisə idi

İlham Əliyev: Şuşa Bəyannaməsinin imzalanması tarixi hadisə idi

Tarix: 3 May 2023 16:48

Türkiyə və Azərbaycanı rəsmi olaraq müttəfiq edən Şuşa Bəyannaməsi burada, Şuşada imzalanmışdır. Bu, tarixi hadisə idi.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə" mövzusunda dördüncü beynəlxalq konfransda çıxışında deyib.

"Buna baxmayaraq, Azərbaycanla Türkiyə arasında münasibətlər de-fakto müttəfiq münasibətləri idi və biz bunu xüsusi olaraq son iyirmi ildə nümayiş etdirmişdik", - deyə dövlətimizin başçısı vurğulayıb.


Etiketlər:  İlham Əliyev Şuşa Bəyannaməsinin imzalanması tarixi hadisə


RƏYLƏR