Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Blinken: ''Kremlə dron hücumunu doğrulaya bilmirəm''

Blinken: ''Kremlə dron hücumunu doğrulaya bilmirəm''

Tarix: 3 May 2023 22:10

ABŞ dövlət katibi Entoni Blinken Ukrayna tərəfindən Kremlinə dron hücumu edilməsi ilə bağlı Moskvanın bəyanatlarını heç bir şəkildə doğrulaya bilmədiyini deyib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Blinken fakt olmadan məsələ ilə bağlı rəy bildirməyin çətin olduğunu bildirib:

"Biz sadəcə bilmirik. Mən Kremldən gələn hər şeyə şübhə ilə yanaşardım. Biz faktların nə olduğuna baxacağıq. Faktları bilmədən məsələ ilə bağlı rəy bildirmək və ya fərziyələr irəli sürmək olduqca çətindir", - Blinken əlavə edib.

Qeyd edək ki, Ukrayna Moskvaya dron hücumu edilməsi ilə bağlı hər hansı bir məlumatının olmadığını bəyan edib.

Milli.Az


Etiketlər:  Blinken Kremlə dron hücumunu doğrulaya bilmirəm


RƏYLƏR