Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mingəçevirdə baş verən yol qəzasında piyada ölüb

Mingəçevirdə baş verən yol qəzasında piyada ölüb

Tarix: 4 May 2023 10:08

Mingəçevirdə baş verən yol qəzasında piyada ölüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Milli.Az-a verilən məlumata görə, bu gün səhər saatlarında Mingəçevir şəhəri ərazisində Bərdə rayon sakini Məhəmməd Məmmədovun idarə etdiyi "Toyota" markalı avtomobil əvvəlcə "Mercedes" markalı avtomobillə toqquşub, daha sonra isə yolun kənarı ilə hərəkətdə olan piyada, 1965-ci il təvəllüdlü Xəyyam Hüseynovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Mingəçevirdə baş verən yol qəzasında piyada ölüb


RƏYLƏR