Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şagirdlər müəllimlərin müdafiəsinə qalxdı, polis gözyaşardıcı qazdan istifadə etdi - VİDEO

Şagirdlər müəllimlərin müdafiəsinə qalxdı, polis gözyaşardıcı qazdan istifadə etdi - VİDEO

Tarix: 4 May 2023 20:56

Budapeştdə mitinqdə polis gözyaşardıcı qazdan istifadə edib. Mitinqdə şagirdlər müəllimlərin dövlət qulluqçusu statusunun ləğv edilməsinə etiraz ediblər.

Milli.Az xəbər verir ki, bu barədə "Avropa həqiqəti" yazır.

Müəllimlərin hüquqlarını müdafiə edən şagirdlər daha sonra baş nazir Viktor Orbanın ofisinə yürüş ediblər.

Polislə toqquşduqdan sonra onlar yaxınlıqdakı tikinti sahəsinin elementlərini söküblər. Gənclərə qarşı gözyaşardıcı qazdan istifadə edilib, qarşıqlıq düşüb.

Aksiya iştirakçıları etirazları davam etdirəcəklərinə söz veriblər. Qeyd edək ki, 5 minə yaxın müəllim "Status qanunu" adlanan qanun qüvvəyə minərsə, bu peşəni tərk edəcəklərini bildiriblər. (publika)

Milli.Az


Etiketlər:  Şagirdlər müəllimlərin müdafiəsinə qalxdı polis gözyaşardıcı qazdan istifadə etdi VİDEO


RƏYLƏR