Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 May 2023 12:36
Rusiyanın "Vaqner" özəl hərbi şirkəti Ukraynanın Baxmut şəhərini tərk edir.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə "Vaqner"in rəhbəri Yevgeni Priqojin bildirib.
Video açıqlama ilə çıxış edən Priqojin silah-sursat çatışmazlığı səbəbindən mayın 10-da Baxmutu tərk edəcəklərini söyləyib.
O, Rusiya müdafiə naziri Sergey Şoyqu və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Valeri Gerasimovu tutduqları vəzifələrin öhdəsindən gələ bilməməkdə, bilərəkdən "Vaqner" qruplaşmasını silah-sursatla təmin etməməkdə ittiham edib.