Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Daha 3 mikro və kiçik sahibkara “Startap” şəhadətnaməsi verilib

Daha 3 mikro və kiçik sahibkara “Startap” şəhadətnaməsi verilib

Tarix: 5 May 2023 16:56

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 3 KOB subyektinə "Startap" şəhadətnaməsi verilib. Bununla da "Startap" şəhadətnaməsi almış KOB subyektlərinin sayı 94-ə çatıb.

KOBİA-dan Milli.Az-a verilən məlumata görə, "Startap" şəhadətnamələri "Schoolplus" MMC-nin onlayn təhsil platforması, "Bağ evim" MMC-nin bağ evlərinin kirayəsi üzrə onlayn platforması, "Drakaris" MMC-nin "Yiğim" ödəniş sistemi layihələri üçün təqdim edilib.

"Startap" şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edən sənəddir.

Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri "Startap" şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: https://bit.ly/3LYdUkn

Milli.Az


Etiketlər:  Daha 3 mikro kiçik sahibkara Startap şəhadətnaməsi verilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ