Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Lənkəranda bədii gimnastika üzrə 7-ci Bölgələrarası Kubok keçiriləcək

Lənkəranda bədii gimnastika üzrə 7-ci Bölgələrarası Kubok keçiriləcək

Tarix: 6 May 2023 12:46

Bədii gimnastların növbəti dayanacağı Lənkəran şəhəri olacaq.

Azərbaycan Gimnastika Federasiyasından Sonxeber.net-a verilən məlumata görə, paytaxt Bakıda keçirilən Azərbaycan çempionatı və Bakı birinciliyinin ardınca mayın 6-sı Lənkəran Olimpiya İdman Kompleksi öz qapılarını bədii gimnastların üzünə açacaq.

Bu növ üzrə keçiriləcək 7-cı Bölgələrarası kubokda "Ocaq Sport" Klubunun Zaqatala, Şamaxı, Ağdaş bölmələri, Abşeron, Naxçıvan, Masallı, Sumqayıt, Lənkəran, İsmayıllı, Qusar, Göyçay Olimpiya İdman Kompleksi, Mingəçevir - "Kür" Olimpiya Tədris-İdman Mərkəzindən 36 gimnast qüvvəsini sınayacaq.

İdmançılar balacalar (2013-2015-ci il), yeniyetmələr (2011-2012-ci il), gənclər (2008-2010-cu il) yaş kateqoriyasında çıxış edəcəklər.

Yarışda balacalar - alətsiz, gürzlər, lent, yeniyetmələr - alətsiz, top, gürzlər, gənclər isə - halqa, top, gürzlər və lentlərlə çıxışlarını nümayiş etdirəcəklər.

Qaliblər çoxnövçülük proqramında müəyyənləşəcək.

Yarışlara giriş sərbəstdir.


Etiketlər:  Lənkəranda bədii gimnastika üzrə Bölgələrarası Kubok keçiriləcək


RƏYLƏR