Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qarabağdakı vəziyyətlə bağlı SON DƏQİQƏ açıqlaması: “Biz buna hazır olmalıyıq, əks halda...”

Qarabağdakı vəziyyətlə bağlı SON DƏQİQƏ açıqlaması: “Biz buna hazır olmalıyıq, əks halda...”

Tarix: 6 May 2023 19:24

"Qarabağdakı separatçılar çıxılmaz durumdadırlar. Ona görə də onlar bu gərginliyi özlərində daha çox hiss edirlər. Ümidləri Lentsovadır ki, o, Bakıdan qayıtdıqdan sonra bunları sevindirəcək. Amma Aleksandr Lentsov onları heç bir halda sevindirə bilməyəcək".

Sonxeber.net bildirir ki, bu sözləri musavat.com-a hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib.

Ekspert bildirib ki, Lentsov Bakıda keçirilən danışıqlarda çox sərt cavab alıb, Laçın-Xankəndi yolundakı sərhəd-keçid məntəqəsi ilə bağlı ona lazım olan fikirlər çatdırılıb:

"Separatçıların Xankəndidə keçirdikləri etiraz aksiyaları sadəcə olaraq son çırpıntılardır. Onların başqa yolu qalmayıb. Yol Rusiya sülhməramlılarının nəzarəti altında olanda istədikləri vaxt İrəvana gedib-gəlirdilər, kimi istəyirdilər gətirirdilər, aparırdılar. Bu gün artıq o imkan yoxdur. Ona görə də aksiyalarla Qarabağda olmayan hakimiyyətlərinin mövcudluğunu göstərmək istəyirlər. Bunlar hamısı boş, mənasız davranışdır.

Eyni zamanda biz də sakit oturmamalıyıq. Biz onlara çağırış etməliyik ki, siz tezliklə silahı təhvil verməlisiniz, Qarabağa aidiyyəti olanlar qala bilərlər, aidiyyəti olmayanlar isə ərazidən çıxıb getməlidirlər. Bunun üçün onlara vaxt vermək lazımdır. Bizim əsəblərimizlə oynayırlar. Söhbət Azərbaycan ərazilərindən gedir. İmkan verməməliyik ki, onlar orada başlarından böyük hərəkətlər etsinlər. Düşünürəm ki, Lentsova qarşı həm narazılıqlar baş qaldıracaq, həm də bilavasitə onun təhriki ilə müəyyən təxribatlar həyata keçirilə bilər. Biz buna hazır olmalıyıq, bunun qarşısını almaq üçün lazım olan addımları atmalıyıq. Əks halda bizim üçün müəyyən çətinliklər yarana bilər".

Ehtiyatda olan polkovnik xatırladıb ki, Babayan cinayətkardır, Azərbaycan tərəfindən axtarışdadır:

"Düşünürəm ki, separatçı rejimin ömrünə çox vaxt qalmayıb. Onları ən çox düşündürən məsələ düşdükləri durumdan canlarını qurtarmaqdır. Babayan, Balasanyan və əli cinayətə batmış digər şəxslər maksimum çalışırlar ki, özləri haqqında müəyyən fikir formalaşdırsınlar, müəyyən addımlar atsınlar. Amma mən onların gələcəyini aydın görmürəm. Düşünürəm ki, onlar tez bir zamanda hansı vəziyyətdə olduqlarını anlayacaqlar".


Etiketlər:  Qarabağdakı vəziyyətlə bağlı DƏQİQƏ açıqlaması buna hazır olmalıyıq əks halda


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ