Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 May 2023 22:39
"Vaşinqtonun "ən yüksək" himayəsi altında Ermənistan və Azərbaycan arasında aparılan danışıqlar uğursuzluğa düçar olub".
Sonxeber.net musavat.com-a istinadən bildirir ki,bunu erməni ekspert Arman Abovyan deyib.
Abovyan iddia edib ki, Vaşinqtondakı uğursuzluq erməni tərəfinin prinsipial mövqeyinə görə deyil: "Sadəcə ona görə baş verib ki, İrəvan nə qədər çox güzəştə getsə, Bakının iştahı bir o qədər güclü olur".
Sərsəmləmələrini davam etdirən erməni ekspert bildirib ki, "İrəvan dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, yəni de-yure Dağlıq Qarabağdan imtina etdiyini və hər cür güzəştə hazır olduğunu bəyan edib, nəticədə indi Bakı Ermənistandan parça-parça tələb etməyə başlayıb".
"Məgər bilmirdinizmi ki, işğalçıya yol verməklə mütləq müharibə, ilhaq, işğal görəcəksiniz? Yoxsa ermənilərin vətəninin bir parçası olan Dağlıq Qarabağın təslim edilməsinin qalan ermənilərə sülh şəraitində yaşamaq imkanı verəcəyini düşünürdünüz?" - Abovyan cəfəng suallarla xitab edib.