Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Təbii fəlakət: 394 nəfər torpağın altında qaldı

Təbii fəlakət: 394 nəfər torpağın altında qaldı

Tarix: 7 May 2023 21:50

Konqo Demokratik Respublikasının şərqində yerləşən Cənubi Kivu əyalətində üç gün əvvəl yağan güclü yağış və daşqın nəticəsində torpaq sürüşmələri baş verib, ən azı 394 nəfər ölüb.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Kalehe rayonu administrasiyasının əməkdaşı Tomas Bakenqa məlumat verib.

"Buşu və Nyamukubi kəndlərində müvafiq olaraq 142 və 132 cəsəd tapılıb, daha 120 cəsəd Kivu gölündən çıxarılıb", - o bildirib.

Qeyd edək ki, Konqonun "Okapi" radiostansiyası isə bildirib ki, mayın 4-də axşam saatlarında Cənubi Kivu əyalətinin bir neçə bölgəsində güclü yağışlar yağıb. Ən böyük dağıntı Buşuşu və Nyamukubidə qeydə alınıb, burada daşan çaylar 500-dən çox evin uçmasına səbəb olub.


Etiketlər:  Təbii fəlakət nəfər torpağın altında qaldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ