Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Oktyabr 2019 13:12
AFFA İntizam Komitəsi "Sabah"ın futbolçusu Təmkin Xəlilzadəni 5 oyunluq cəzalandırıb.
Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, buna onun Azərbaycan Premyer Liqasının 8-ci turunda "Keşlə" ilə matçdan sonra hakimə fiziki təsir göstərməyə cəhd etməsi səbəb olub. Futbolçuya verilmiş 5 oyun cəzanın 3 oyunu şərti cəza kimi tətbiq edildiyi və 3 ay sınaq müddəti verildiyi vurğulanıb. Sınaq müddəti ərzində futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın növbəti hissəsinin qüvvəyə minəcəyi qeyd olunub.
Bundan başqa, "Sabah" T.Xəlilzadənin etdiyi hərəkətə görə 4 min manat məbləğində cərimələnib.