Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Messi ərəblərin təklifini qəbul edib?

Messi ərəblərin təklifini qəbul edib?

Tarix: 8 May 2023 20:32

PSJ-nin hücumçusu Lionel Messi "Əl-Hilal"ın (Səudiyyə Ərəbistanı) təklifini qəbul etməyib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.

Məlumata görə, argentinalı futbolçu gələcəyi ilə bağlı qərarını yayda, müqavilə müddəti bitdikdən sonra verəcək. Onun karyerasını davam etdirməsi üçün "Əl-Hilal"dan başqa "Barselona" və "İnter Mayami" klubları, həmçinin PSJ ilə müqavilənin uzadılması mümkün variantlardır.

Qeyd edək ki, Messi 2021-ci ilin yayından Paris təmsilçisində oynayır.

Milli.Az


Etiketlər:  Messi ərəblərin təklifini qəbul edib


RƏYLƏR