Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Beşiktaş”ın Bakıya səfər proqramı açıqlandı

“Beşiktaş”ın Bakıya səfər proqramı açıqlandı

Tarix: 8 May 2023 22:32

"Sabah"la xeyriyyə matçında qarşılaşacaq Türkiyənin "Beşiktaş" komandasının Bakıya səfər proqramı açıqlanıb.

Sonxeber.net xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə bildirilir ki, İstanbul təmsilçisi Azərbaycan paytaxtına oyun günü - mayın 13-də gələcək. Komandanı gətirəcək təyyarə Bakı vaxtı ilə saat 16:00-da havaya qalxacaq.

Türkiyə təmsilçisi "Hilton" hotelində məskunlaşacaq. Super Liqa təmsilçisi oyundan dərhal sonra Türkiyəyə qayıdacaq.
 
Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmaya saat 18:00-da start veriləcək. Matçdan əldə edilən bütün gəlir Türkiyədə zəlzələdən zərər görmüş insanlara göndəriləcək.


Etiketlər:  Beşiktaşın Bakıya səfər proqramı açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ