Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Tale elə gətirib ki, o vaxt ən çətin və operativlik tələb edən proqramların aparıcısı olmuşam"

Tarix: 9 May 2023 11:35

"Bütün dövrlərdə hər bir xalqın tarixində onun xilaskarı kimi dərin izlər qoyan və xalqın fəxrinə çevrilən dahi şəxsiyyətlər olmuşdur. Azərbaycan xalqının da tarixində xilaskar kimi böyük fəxrlə yad etdiyimiz dahi şəxsiyyət Ulu öndərimiz Heydər Əlirza oğlu Əliyevdir. Bu gəlişi gözəl sözlər deyil. Yaxın tarixi hamımız yaxşı xatırlayırıq. 90-cı illərin əvvəllərində baş verən hadisələr hamımızın yadındadır. Aztv Milli Məclislə, o zamankı Ali Sovetlə üzbəüz yerləşirdi, oradakı hadisələr gözümüzün önündə baş verirdi. İşə normal gedib gələ bilmirdik. Girişdə üst-başımız, çantalarımız yoxlanılır, işdən çıxanda isə küçədəki mitinqlərə görə evə getməyə yol tapmırdıq. Vətəndaş qarşıdurması, torpaqların itirilməsi, o biri tərəfdən də yuxarıların hakimiyyət uğrunda apardıqları çəkişmə ölkəni uçuruma doğru sürükləyirdi. Separatçı quvvələr Azərbaycan dövlətçiliyi əleyhinə fəaliyyətlə məşğul idi".

Milli.Az xəbər verir ki, bnu moderator.az-a açıqlamasında əməkdar artist, tanınmış diktor-aparıcı Nailə İslamzadə deyib. O, bildirib ki, bu çətin zamanda yenidən hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev sözun əsl mənasında xalqı vətəndaş müharibəsindən, ölkəni isə məhv olma təhlükəsindən xilas etdi. 

"Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı Heydər Əliyevin qətiyyəti sayəsində alındı, dövlət müstəqilliyi qorunub saxlanıldı. Ölkədə baş verən çətin vəziyyət təbii ki, ilk növbədə televiziyaya sirayət edirdi. Mən Xəbərlər proqramının əsas aparacılarından olaraq bunu yaxşı hiss edirdim. Və tale elə gətirib ki, o dövrlərdə ən çətin, operativlik və yüksək peşəkarlıq tələb edən proqramların aparıcısı olmuşam. Saatlarla canlı yayımda ən böyük verilişləri və tədbirləri heç bir vərəqdən oxumadan, konspektə baxmadan aparmaq böyük peşəkarlıq və məsuliyyət tələb edirdi. Ən böyük məsuliyyət və həyacan isə verilişi ana dilimizin mahir bilicisi olan Ulu Öndər Heydər Əliyevin izlədiyini bilərək aparmaq idi" deyə diktor bildirib.

"Hazırda bütün respublika Ulu Öndərin anadan olmasının 100-cü ilini böyük həyəcan və sevinclə qarşılayır. Bu da əbəs deyil, çünki, Ümummilli lider Heydər Əliyevin bizlərə ərmağan etdiyi zəngin dövlətçilik irsi və həyat fəlsəfəsi hələ uzun müddət diqqət mərkəzində olacaqdır. "Amalım, butun varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizin, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur" deyən H.Əliyev özünün şah əsəri olan müstəqil müasir Azərbaycanın memarı və qurucusu olaraq Azərbaycan dövlətini yenidən yaratmışdır. Ona görə də onun adı Azərbaycanın özü qədər əbədi olacaqdır. Qarabağın azad olmasını görmək Ulu Öndərə nəsib olmasa da, onun Azərbaycana bəxş etdiyi övladı, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş komandan cənab İlham Əliyev ailəsindən gördüyü fədakarlığı, vətənpərvərliyi özündə birləşdirmiş və Azərbaycanın çiçəklənməsi, tərəqqisi üçün əlindən gələni əsirgəməmişdir. Əbəs yerə demirlər ki, "ot kökü üstə bitər". Bizim sərkərdəmiz də bu ənənəyə sadiq qalaraq Qarabağın xilaskarına çevrildi. "Qarabağ Azərbaycandır" şüarini hər şeydən uca tutaraq ailə ənənələrinə sadiq qaldı" deyə əməkdar artist Nailə İslamzadə deyib.

Milli.Az


Etiketlər:  Tale elə gətirib ki o vaxt ən çətin operativlik tələb edən proqramların aparıcısı olmuşam


RƏYLƏR