Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

A Seriyasını tərk edəcək ilk komanda bəlli oldu - VİDEO

A Seriyasını tərk edəcək ilk komanda bəlli oldu - VİDEO

Tarix: 9 May 2023 13:08

İtaliya A Seriyasında 34-cü tura yekun vurulub.

Milli.Az matc.az-a istinadən bildirir ki, bu gün daha 3 görüş baş tutub.

"Sassuolo" - "Bolonya" matçında qalib müəyyənləşməyib. "Empoli" doğma meydanda "Salernitana"ya, "Udineze" isə "Sampdoriya"ya qalib gəlib.

Bu nəticələrdən sonra "Sampdoriya"nın elitanı tərk edəcəyi dəqiqləşib. Hazırda 17 xalla sonuncu pillədə qərarlaşmış bu komanda qalan oyunlarında qələbə qazansa belə, elitada qalmayacaq.

Hazırda 83 xala malik "Napoli" vahid liderdir. "Yuventus" 66 xalla ikinci, "Latsio" 64 xalla üçüncü pillədə qərarlaşıb. "İnter"in 63, "Milan"ın 61, "Atalanta" ilə "Roma"nın 58 xalı var.

İtaliya A Seriyası
34-cü tur
6 may

Milan - Latsio 2:0
Qol: Bennaser, 17. T.Hernandes, 29.

Roma - İnter 0:2
Qol: Dimarko, 33. Lukaku, 74.

Kremoneze - Spetsiya 2:0
Qol: Çiofani, 41. Vaskes, 77.

7 may

Atalanta - Yuventus 0:2
Qol: Junior, 56. Vlahoviç, 90+8.

Torino - Montsa 1:1
Qol: Sanabriya, 46 - Kaprari, 86.

Napoli - Fiorentina 1:0
Qol: Osimhen, 74-pen.

Leççe - Verona 0:1
Qol: Nqonqe, 71.

8 may

Empoli - Salernitana 2:1
Qol: Kambyaqi, 38. Kaputo, 63 - Pyontek, 85.

Udineze - Sampdoriya 2:0
Qol: Pereyra, 9. Masina, 34.

Sassuolo - Bolonya 1:1
Qol: Berardi, 15 - N.Dominqes, 42.

Milli.Az


Etiketlər:  A Seriyasını tərk edəcək ilk komanda bəlli oldu VİDEO


RƏYLƏR