Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şuşada Molla Pənah Vaqif və Pənahəli xan küçələrinin kəsişməsində lövhələrin açılışı olub - FOTO

Şuşada Molla Pənah Vaqif və Pənahəli xan küçələrinin kəsişməsində lövhələrin açılışı olub - FOTO

Tarix: 9 May 2023 14:30

Mayın 9-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşada Molla Pənah Vaqif və Pənahəli xan küçələrinin kəsişməsində lövhələrin açılışında iştirak edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına küçələrdə görüləcək işlər barədə məlumat verdi.

Bildirildi ki, Molla Pənah Vaqif küçəsinin uzunluğu 2473 metr, eni isə yol yatağına uyğun olaraq 10-15 metr aralığında dəyişir.

Pənahəli xan küçəsinin uzunluğu 864 metr, eni isə yol yatağında uyğun olaraq 10-13 metr təşkil edəcək.

Qeyd edildi ki, küçələr müasir səviyyədə yenidən qurulacaq, bütün zəruri infrastruktur yaradılacaq.

Milli.Az


Etiketlər:  Şuşada Molla Pənah Vaqif Pənahəli xan küçələrinin kəsişməsində lövhələrin açılışı olub FOTO


RƏYLƏR