Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Afrikada prezidentin baş mühafizəçisinin oğlu qətlə yetirildi

Afrikada prezidentin baş mühafizəçisinin oğlu qətlə yetirildi

Tarix: 9 May 2023 18:02

Cənubi Afrika Respublikası prezidentinin mühafizə bölməsinin rəhbərinin oğlu Uorren Rud paytaxt Keyptaunda ölü tapılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 30 yaşlı gənc sonuncu dəfə aprelin 23-də Delftin Eyndhoven şəhərində öz avtomobilini idarə edərkən görüntülənib. Günlərlə aparılan axtarışlardan sonra Uorrenin cəsədi Qudvudda tapılıb və valideynləri tərəfindən tanınıb. General-mayor Uolli Rud oğlunun ölü tapıldığını təsdiqləyib.

"Qətl hadisəsi olub. Qərbi Keyp detektivləri bu dəhşətli cinayətə görə məsuliyyət daşıyanları araşdırmaq və yaxalamaq üçün gecə-gündüz işləyirlər", - deyə yerli hüquq-mühafizə orqanından bildirilib.

Milli.Az


Etiketlər:  Afrikada prezidentin baş mühafizəçisinin oğlu qətlə yetirildi


RƏYLƏR