Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Konfrans Liqası: “Fiorentina” evdə, “Alkmaar” səfərdə uduzdu - VİDEO

Konfrans Liqası: “Fiorentina” evdə, “Alkmaar” səfərdə uduzdu - VİDEO

Tarix: 12 May 2023 10:36

Bu gün Avropa Konfrans Liqasının yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

Milli.Az matc.az-a istinadən bildirir ki, hər iki oyun eyni gündə baş tutub.

İtaliyanın "Fiorentina" komandası doğma meydanda İsveçrə "Bazel"i ilə üz-üzə gəlib. Üç qolun qeydə alındığı matç meydan sahiblərinin məğlubiyyəti ilə bitib.

İngiltərənin "Vest Hem" klubu isə Niderland "Alkmaar"ını qəbul edib və çətin qələbəyə sevinib.

Yarımfinalın cavab qarşılaşmaları mayın 18-də keçiriləcək.

Avropa Konfrans Liqası
Yarımfinalın ilk oyunları
11 may

Fiorentina (İtaliya) - Bazel (İsveçrə) 1:2
Qol: A.Kabral, 25 - A.Diuf, 71. A.Zeqiri, 90+3.

Vest Hem (İngiltərə) - Alkmaar (Niderland) 2:1
Qol: S.Benrahma, 67. M.Antonio, 76 - T.Reynders, 42.

Milli.Az


Etiketlər:  Konfrans Liqası Fiorentina evdə Alkmaar səfərdə uduzdu VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ