Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 May 2023 09:50
Çeçenistanın rəhbəri Ramzan Kadırov onun atını oğurlayan Ukrayna xüsusi xidmət orqanlarına fidyə ödədiyini iddia edir.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, o, bu barədə Telegram kanalında məlumat verib.
O, 2012-ci ildə Çexiyanın Krabçişe şəhərində saxlanılan Zazu adlı damazlıq at alıb. Müharibə başlayandan sonra heyvan Çeçenistan rəhbərinin əmlakı siyahısına daxil edilib, sanksiyalar tətbiq olunduğu üçün "dondurulub".
Bu ilin mart ayında Zazu naməlum şəxslər tərəfindən qaçırılıb. Hüquq-mühafizə orqanları hadisəni törədənin və atın axtarışlarının gücləndirildiyini, lakin o vaxtdan bəri istintaqdan heç bir xəbər alınmadığını bildirib.
Kadırovun özü deyir ki, hətta ilin əvvəlində guya Ukrayna xüsusi xidmət orqanlarının nümayəndələri ona Zazunı almağı təklif edən vasitəçilər vasitəsilə müraciət ediblər.
"Ata bağlılığımı bilirdilər və əlbəttə ki, razılaşdım. Düzünü desəm, düşünürdüm ki, Zazunu hansısa yolla rəsmi təhvil verəcəklər, ondan sanksiyalar götürüləcək və sairə. Ancaq məlum oldu ki, məxfi xidmətlərin cəsarətli bir planı var - onlar sadəcə Çexiya polisi ilə əlbir olaraq onun Çexiyadakı bir tövlədən oğurluğunu həyata keçiriblər", - Kadırov yazır.
Onun iddiasına görə, heyvan artıq evə gəlir. Bunun üçün o, "sadə qəpik" adlandırdığı 18 min dollar ödəyib. Onun sözlərinə görə, Çexiyada hüquq-mühafizə orqanlarının əməkdaşları atın dəyərini bu məbləğə hesablayıblar.