Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Vicdan haqqı”na görə təhsilini davam etdirməyibmiş

“Vicdan haqqı”na görə təhsilini davam etdirməyibmiş

Tarix: 16 May 2023 15:40

Aktrisa Ülviyyə Xəlilbəyli illər sonra "Vicdan haqqı" serialı ilə bağlı etiraf edib.

Milli.Az olay-a istinadən xəbər verir ki, Ülviyyə həmin ekran işinə çəkildiyi illərdə təhsilinİ türkiyədə davam etdirmək istədiyini bildirib:

""Vicdan haqqı" serialının "partlatdığı" 2016-cı il idi. Akdeniz Univeristetinin "Güzel sanatlar" fakültəsinə hazırlaşırdım. Təhsil almağı çox istəyirdim, amma serialı qoyub getmək də istəmirdim.  Müsahibədə mənim istəksizliyimi hiss etdilər. Soruşdular ki, çəkildiyin seiralı qoyub gələrsən, çünki başqa uşaqlara haqsızlıq etmək istəmirik. Demişdim ki, yox, gələcəyəm. Amma gözlərimdən hiss etmişdilər. Çünki gözlərim həmişə məni ələ verib. Bilmirəm ki, düz etdim, ya yox. Heç bir fikrim yoxdur. Yəqin ki, qismət belə imiş".

Qeyd edək ki, Ülviyyə həyat yoldaşı Murad İsmayılla sözügedən serialda çəkilərkən tanış olub.

Milli.Az


Etiketlər:  Vicdan haqqına görə təhsilini davam etdirməyibmiş


RƏYLƏR