Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 May 2023 17:36
Bələdiyyələr 1999-cu ildən seçki üsulu ilə formalaşdırılan orqan kimi ilk vaxtlarda şəhər, qəsəbə və kəndlərin sosial həyatında mühüm yer tutmağa başlasa da, sonradan bu temp aşağı düşüb.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, hətta bəzi bələdiyyələr ləğv edildi.
İndi Şəkinin baş Zəyzid kəndinin sakinləri bələdiyyənin bir sıra işlər görüldüyünü desələr də, Küdürlü kəndində sədri və üzvləri tanıyan olmadı.
Zaqatala sakinləri isə bildirir ki, bələdiyyələr əsasən torpaq sahələrini icarəyə vermək, hərraca çıxarmaq və digər bu kimi kommersiya məqsədli işlərlə məşğul olurlar.
"Xəbər Ertəsi" məsələyə elə bələdiyyə sədrlərinin özlərindən münasibət öyrənib.
Onlar bildirdilər ki, büdcələrini müxtəlif vergilərdən əldə olunan vəsaitlərlə formalaşdırmağa çalışırlar. Görülən işlər də məhz büdcəyə toplanan gəlirin miqdarından asılıdır.
Millət vəkili Razi Nurullayev isə deyir ki, bələdiyyələrin fəaliyyəti üçün qanunvericilik bazası normal olsa da, üzvlərin bilik və bacarıqlarının zəifliyi ciddi nöqsanlar yaradır. Deputat hesab edir ki, bu orqanlar təsərrüfat işləri və qismən biznes fəaliyyəti istiqamətində işlər görməklə resurslarını artırmalıdırlar.
O, vurğulayıb ki, ölkə üzrə bələdiyyələrin sayı 2 min 6 yüzdən min altı yüzə endirilib. Hazırki vəziyyətdə isə bu say da çoxdur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: