Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 May 2023 09:40
Baku TV-də yayımlanan "13 sual" verilişinin yeni buraxılışı efirə gedib.
Sonxeber.net xəbər verir ki, verilişin budəfəki qonağı müğənni Şəbnəm Tovuzlu olub.
Ş.Tovuzlu tamaşaçıların onun zövqsüz geyinməsi ilə bağlı iradlarına cavab verib:
"Zövqlü xanımam. Hər şeyin qədərini və yerini bilirəm. Açıq-saçıqlıq zövq deyil. 2 min qiyməti olan geyim olub ki, mənə yaraşmayıb. Özümü onda çox ucuz görmüşəm".
Müğənni bahalı geyim almağı sevmədiyini qeyd edib:
"Geyimə maksimum 200 manat verə bilərəm. Mən ayaqqabı və çanta sevirəm. Ən bahalı çantamın qiyməti 1200 manat olub".
O, həmkarı Vafa Şərifova ilə qalmaqalından da bəhs edib:
"Qarşı tərəf məndən kiçikdir. Addım atdı, mən də dedim ki, oldu, keçdi. Düşmənlik edən insan deyiləm".