Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İstanbulda özlərini polis kimi təqdim edən üç iranlı saxlanılıb

İstanbulda özlərini polis kimi təqdim edən üç iranlı saxlanılıb

Tarix: 18 May 2023 13:26

İstanbulda özlərini polis kimi təqdim edən və yoxladıqları xarici ölkə vətəndaşlarının pullarını oğurlayan üç iranlı saxlanılıb.

Milli.Az TurkicWorld-a istinadən xəbər verir ki, araşdırmalar nəticəsində həmin şəxslər həbs olunub.

Aparılan araşdırmada polis əvvəlcə şübhəlilərin istifadə etdikləri avtomobilin nömrəsini, sonra isə şəxsiyyətlərini müəyyən edib. İran əsilli olduğu öyrənilən şübhəlilərdən Səid R. (30), Fərhad K. (42), Hüseyn R. (37) nəzarət altına alınıb.

Həbs olunan iranlıların cəsus olduğu ehtimal edilir.

Faktla bağlı araşdırmalar aparılır.

Milli.Az


Etiketlər:  İstanbulda özlərini polis kimi təqdim edən üç iranlı saxlanılıb


RƏYLƏR