Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 May 2023 13:50
Türkiyənin ROKETSAN şirkətinin istehsal etdiyi LEVENT yaxın mənzilli Hava Hücumundan Müdafiə (HHM) sistemi sınaqdan keçiriləcək.
Sonxeber.net TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə ROKETSAN şirkətinin direktoru Murat İkinci bildirib.
M.İkinci onu da əlavə ki, müdafiə sisteminin əsas döyüş sursatı "Sungur"dan istehsal edilən raket olacaq. Raket üzərində "Sungur"la yanaşı passiv axtarış başlıqları və RF axtarış başlıqları olacaq.
Məlumata əsasən, LEVENT HHM-in həm avtonom, həm də gəmi sensor sistemləri ilə inteqrasiya ediləcəyi gözlənilir.
Qeyd edək ki, Türkiyədə hazırda ABŞ-dan tədarük edilən RIM-116 RAM yaxın mənzilli HHM sistemindən istifadə edilir. LEVENT HHM-in istehsalı ilə xaricdən olan bu asılılığın aradan qaldırılması hədəflənir.