Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kriştiano Ronaldonun sevgilisi uşaqlığından DANIŞDI: Görün nələr dedi?

Kriştiano Ronaldonun sevgilisi uşaqlığından DANIŞDI: Görün nələr dedi?

Tarix: 19 May 2023 08:50

Kriştiano Ronaldonun sevgilisi Corcina Rodriqes uşaqlıqda kiminləsə tanışlıq qurmağın onun üçün nə qədər çətin olduğunu açıqlayıb.

Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, Corcina Argentinada anadan olub, lakin orada cəmi bir il yaşayıb, sonra ailəsi İspaniyaya köçüb. "Netflix"in "Mən Corcina" serialının ikinci mövsümündə o, uşaqlığı ilə bağlı xatirələrini və məktəbdə özünü necə tənha hiss etdiyini bölüşüb. Qızın autizm olduğunu düşündüyü üçün anası Corcinanı baletə yazdırıb.

"Kilsə məktəbində rahibələrdən qorxurdum və onlar müəllim idilər. Məktəbdə özümü çox tənha hiss edirdim. Anam autizmli olduğumu düşünürdü, çünki kiçik dünyamda tək qalmağı çox sevirdim. Ona görə də o, məni baletə yazdırdı. Daha sonra xoreoqraflar ona "O, autizmli deyil" deyiblər. Sadəcə, sinif yoldaşlarımla aram yaxşı deyildi. Ola bilsin ki, biz sadəcə yola getmirdik. Onlarla heç bir ünsiyyətim yox idi", -  Rodriqes deyib.


Etiketlər:  Kriştiano Ronaldonun sevgilisi uşaqlığından DANIŞDI Görün nələr dedi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ