Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 May 2023 18:14
Bir zamanlar Türkiyəni yasa boğan Münəvvər Karabulut cinayətinin törədildiyi Bahçeşehirdəki villa "Kentsel dönüşüm" layihəsi çərçivəsində sökülüb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, 3 mərtəbəli evlərdən ibarət "Şelale evleri sitesi" İstanbulun Bahçeşehir səmtində yerləşir. 2009-cu il martın 3-də Münəvvər Karabulut adlı gənc qızın vəhşicəsinə qətlə yetirildiyi ev kimi tanınıb. Türkiyədə qadın qətlinin simvoluna çevrilən Karabulutun sevgilisi və məşhur iş adamının qohumu olan Cem Qaripoğlu tərəfindən vəhşicəsinə öldürüldüyü evlə bağlı 2021-ci ildə sökülmə qərarı verilib.
"Lənətlənmiş ev" olaraq xatırlanan villa "Kentsel dönüşüm" layihəsi çərçivəsində ötən gün sökülüb.
Onun yerində 12 mərtəbəli bloklardan ibarət yaşayış binasının tikiləcəyi məlum olub.