Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukrayna Prezident Ofisi Baxmutun ələ keçirildiyini təkzib etdi - YENİLƏNİB - VİDEO

Ukrayna Prezident Ofisi Baxmutun ələ keçirildiyini təkzib etdi - YENİLƏNİB - VİDEO

Tarix: 21 May 2023 12:20

12:10

Ukrayna Prezident Ofisi ölkə başçısı Volodimir Zelenskinin guya Baxmutun rusiyalılar tərəfindən ələ keçirildiyinin təsdiqlədiyinə dair mətbuatda yayılan məlumatı təkzib edib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Prezident Ofisinin mətbuat katibi Sergiy Nikoforov feysbukda yazıb.

Mətbuat katibi Zelenskiyə ünvalanan sualın fərqli olduğuna işarə edib:

"- Rusiyalılar bildiribər ki, Baxmutu alıblar.

Prezidentin cavabı:

- Fikrimcə, yox.

Beləliklə, Prezident Baxmutun alındığını təkzib edib".

Həmin sualın verildiyi anın görüntüləri də KİV-də yayılıb.

"Cənab Prezident, Baxmut hələ də Ukraynanın əlindədir? Rusiyalılar bildiriblər ki, Baxmutu alıblar", - jurnalist bildirib.

Zelenski isə "Fikrimcə, yox" deyə cavab verib.

-------

11:20

Ukrayna prezidenti Vladimir Zelenski G7-nin Xirosimada keçirilən sammitində Donetsk vilayətinin Baxmut şəhərinin ukraynalı müdafiəçilər tərəfindən itirilməsini təsdiqləyib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, şəhərin Ukrayna qüvvələrinin nəzarətində olub-olmaması sualı ABŞ prezidenti Co Baydenlə Yaponiyada görüşdən əvvəl jurnalistlər tərəfindən verilib.

"Düşünürəm ki, yox", - Ukrayna dövlətinin başçısı bildirib. "Bu gün Baxmut yalnız bizim qəlbimizdədir", o əlavə edib.

Milli.Az


Etiketlər:  Ukrayna Prezident Ofisi Baxmutun ələ keçirildiyini təkzib etdi YENİLƏNİB VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ