Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Oktyabr 2019 10:03
Bakı. Elçin Mehdiyev – Trend:
Qoşulama Hərəkatına sədrlik Azərbaycana keçib.
Trend-in məlumatına görə, Bakıda keçirilən Qoşulmama Hərəkatının Xarici İşlər Nazirlərinin görüşündə təşkilata sədrlik Venesuelanın Xarici İşlər naziri Jorge Arreaza tərəfindən Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarova təqdim edilib.
Sədrliyin Azərbaycana təqdim edilməsinə görə təşəkkürünü bildirən E.Məmmədyarov qeyd edib ki, Azərbaycan təşkilata sədrliyi dövründə təşkilatın inkişaf etdirilməsi, üzv ölkələr arasında əlaqələrin gücləndirilməsi istiqamətində lazımi fəaliyyət həyata keçirəcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin