Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yanvar-aprel aylarında İran vətəndaşları Türkiyədə 2 minə yaxın əmlak satın alıblar

Yanvar-aprel aylarında İran vətəndaşları Türkiyədə 2 minə yaxın əmlak satın alıblar

Tarix: 23 May 2023 09:12

2023-ci ilin yanvar-aprel aylarında İran vətəndaşları Türkiyədə 1 min 821 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 1 min 340 obyekt azdır.

Milli.Az xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.

Məlumata görə, bu ilin aprel ayında İran vətəndaşları Türkiyədə 377 daşınmaz əmlak alıblar ki, bu da 2022-ci ilin aprel ayı ilə müqayisədə 528 obyekt azdır.

Qeyd edək ki, 2023-cü ilin aprel ayında Türkiyədə 85 min 652 mənzil satın alınıb ki, bu da 2022-ci ilin aprel ayı ilə müqayisədə 35,6 faiz azdır.

Məlumata görə, 2023-cü ilin yanvar-aprel aylarında Türkiyədə 368 min 867 mənzil satın alınıb.

"Bu göstəricilər 2022-ci ilin eyni dövrü ilə müqayisədə 18,6 faiz azdır", - deyə nazirlikdən qeyd edilib.

2023-cü ilin aprel ayında Türkiyədə xarici vətəndaşlara 2 min 557 mənzil satılıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 60,3 faiz azdır.

Eyni ilin yanvar-aprel aylarında əcnəbi vətəndaşlar Türkiyədən 13 min 483 mənzil alıblar ki buda keçən ilin eyni dövrü ilə müqayisədə 35,1 faiz azdır.

Milli.Az


Etiketlər:  Yanvar aprel aylarında İran vətəndaşları Türkiyədə 2 minə yaxın əmlak satın alıblar


RƏYLƏR