Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zaur Kamal nazirliyin qarşısında yolu kəsib? - Özündən açıqlama - VİDEO

Zaur Kamal nazirliyin qarşısında yolu kəsib? - Özündən açıqlama - VİDEO

Tarix: 25 May 2023 17:50

Mediada tanınmış aparıcı Zaur Kamalın qayda pozduğu iddia edilən video paylaşılıb.

Məsələ ilə bağlı Zaur Kamal manset.az saytına açıqlamasında görüntülərin keçən il çəkildiyini bildirib: 

"Bu çoxdan olan hadisədir. Maşının arxa təkərində problem var idi, ona görə avtomobili saxlamışdım. Keçən ilin yayında olub, bunu indi yayırlar?Yayıblar, özləri bilsinlər. Camaatın işi, gücü yoxdur?"

Qeyd edək ki, avtosfer.az saytının məlumatına görə,  hadisə mayın 24-də, paytaxtın Landau küçəsində qeydə alınıb. Belə ki, Zaur Kamal idarə etdiyi 10-VL-101 qeydiyyat nişanlı "Porsche" markalı avtomobillə Hüseyn Cavid parkının qarşısında (Vergilər Nazirliyinin qarşısında) ikinci cərgədə dayanaraq yolu zəbt edib. O, tanışı ilə yarım saata yaxın söhbət edərək dayanma-durma qaydasını pozub.

Milli.Az


Etiketlər:  Zaur Kamal nazirliyin qarşısında yolu kəsib Özündən açıqlama VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ