Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 May 2023 11:58
İngiltərə Premyer Liqasında 32-ci turdan təxirə salınmış daha bir oyun keçirilib.
Sonxeber.net matc.az-a istinadən bildirir ki, "Mançester Yunayted" mövsümün ən uğursuzlarından olan "Çelsi" ilə qarşılaşıb.
"Qırmızı şeytanlar" "zadəganlar"ı böyük hesabla məğlub edib.
Mançester təmsilçisi bu qələbə sayəsində xallarının sayını 72-yə çatdırıb və üçüncü pilləyə yüksəlib. "Çelsi" isə 43 xalla 12-ci pillədə qalıb.
İngiltərə Premyer Liqası
32-ci turun oyunu
25 may
Mançester Yunayted - Çelsi 4:1
Qol: Kazemiro, 6. Marsyal, 45+5. B.Fernandes, 73-pen. Raşford, 78 - J.Feliks, 89.